Göygöldə avtomobil aşıb, ölən və yaralılar var

Göygöl rayonunda ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qeydə alınıb.

Belə ki, "NİVA" markalı avtomobilin aşması nəticəsində 1983-cü il təvəllüdlü Kaplanov Vəhəddin Fikrət oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

08.12.2025 00:21
706