Göyçayda ot tayasından yıxılan kişi öldü

Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib.

1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

20.08.2026 23:23
835