GƏRGİNLİK PİK HƏDDƏ: Venesuela bu ölkə ilə sərhədləri BAĞLADI

Venesuela Braziliya ilə sərhədini bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Globo" qəzeti Braziliya polisinə istinadən məlumat yayıb.

"Şənbə günü səhər Braziliya və Venesuela arasındakı sərhəd Roraima əyalətinin Pacaraima bölgəsində bağlanıb", - deyə açıqlamada bildirilir.

Nəşrin Braziliya ordusundakı mənbələrinə görə, sərhədin bağlanması ABŞ-ın hücumu səbəbindən Venesuela tərəfində baş verib.

Musavat.com

03.01.2026 19:00
1239