General Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİN OLUNDU

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

Bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb./Qafqazinfo.az/

13.12.2025 10:58
2766