Füzulidə evin həyətindən kişi meyiti tapıldı

Füzuli rayonunda kişi evinin həyətində ölü vəziyyətdə tapılıb.

Musavat.com-un Lent.az-a istinadən məlumatına görə, hadisə Zobucuq-2 qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 84 yaşlı Cavanşir Şamil oğlu Bayramovun meyiti yaşadığı evin həyətində aşkarlanıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

24.06.2026 13:52
662