Fransada son edam – 49 il əvvəl tunisli qatilə çıxarılan hökm ölkəni ikiyə bölüb

10 sentyabr 1977-ci ildə Marsel şəhərinin Baumettes həbsxanasının həyətində Fransaya xas edama dünya şöhrəti qazandıran gilyotinin tiyəsi sonuncu dəfə insan boynuna enib. Nəticədə 22 yaşlı Elizabet Busyeyə “işgəncə” verməkdə və onu öldürməkdə ittiham olunan 28 yaşlı tunisli mühacir Hamida Candubi həyatını həyatını itirib.

1971-ci ildə daha yaxşı bir həyat ümidi ilə Fransaya gələn Hamida maaşlı işlərdə ağır əməyin və nəticədə cinayətkar aləmin uçurumu ilə qarşılaşıb. 1974-cü ildə tale onu Elizabet Busye ilə görüşdürüb və aralarında qısa bir romantik münasibət yaranıb. Ancaq bu sevdanın ömrü qısa olub.

b915a136-699d-4cbc-a393-d89d2ae7534e.jpeg (210 KB)

Ayrıldıqdan sonra qəzəblənən və qisas hissi ilə alışıb-yanan Candubi Elizabeti təqib edərək borcun qaytarılmasını tələb edib və onu pulu oğurlamaqda günahlandırıb. Bu dram 1974-cü ilin fevral ayında baş verən faciə ilə nəticələnib. Candubi gənc qadını qaçırıb, onu Marselin kənarındakı kimsəsiz bir yerə apararaq qətlə yetirib. Prokurorluğun fikrincə, bu qətlin səbəbi qısqanclıq və maddi itkilərin qisasını almaq olub. Gənc qızın cəsədi bir neçə gün sonra tapılıb və Candubi yaxalanaraq, məhkəmə qarşısına çıxarılıb.

Hamida Candubinin məhkəməsi Fransanı iki barışmaz düşərgəyə bölən böyük bir ictimai hadisəyə çevrilib. İttiham tərəfi şahid ifadələri və istintaq tərəfi onun günahkarlığına dair təkzibolunmaz dəlil-sübutlar təqdim edib. Müdafiə tərəfi isə öz növbəsində Candubinin çətin sosial vəziyyətinə, getdikcə artan zehni qeyri-sabitliyinə və gecikmiş peşmançılığına istinad edərək onun cəzasını yumşaltmağa çalışıb. Lakin müdafiə tərəfinin arqumentləri təqdim olunan dəlillər qarşısında gücsüz olub və 25 fevral 1977-ci ildə məhkəmə amansız hökm çıxarıb: ölüm cəzası.

b167c2e4-16f5-439c-977c-9f49a363d76d.jpeg (95 KB)

Hökmə baxmayaraq, Candubinin edamı Fransada və onun hüdudlarından kənarda qəzəbə səbəb olub. İnsan haqları təşkilatları, tanınmış ziyalılar və nüfuzlu siyasətçilər ölüm hökmünün dərhal ləğvinə çağırıblar və onun əfv olunmasını tələb ediblər. Candubinin vəkilləri apelyasiya şikayəti versələr də, onun heç bir köməyi olmayıb.

Fransa prezidenti Valeri Jiskar d'Esten ctimai reaksiyanın gözlənilməz olmasından və siyasi vəziyyətin qeyri-sabitliyindən qorxaraq Candubini əfv etməkdən imtina edib. Prezidentin qərarı mübahisə mövzusuna çevrilib və qızğın müzakirələrə və mübahisələrə səbəb olub.

Dövlət başçısı ölüm hökmünün qeyri-insani və ədalətsiz olduğuna inanan şəxs olsa da, böyük siyasi təzyiqlə üzləşib. Digər tərəfdən, əhalinin əhəmiyyətli bir hissəsi xüsusilə ağır cinayətlər törətmiş şəxslər üçün ölüm hökmünün tətbiqini dəstəkləməyə davam edib. Bundan əlavə, ölüm hökmünün ləğvi mühafizəkar elektorat arasında dəstəyin fəlakətli şəkildə itirilməsinə səbəb ola bilərdi ki, bu da siyasi sabitliyə ciddi təhlükə yaradırdı.

f9706f68-c61d-4aec-9761-eb4c03440e3e.jpeg (174 KB)

Hamida Candubinin edamı ilə bir vaxtlar Fransa inqilabının və qanun qarşısında bərabərliyin simvolu olan bu alət qəddarlığın və qeyri-insaniliyin simvoluna çevrilib. Dörd il sonra, 1981-ci ildə prezident Fransua Mitteran Fransada ölüm hökmünü ləğv edib.

Ölüm cəzası insan hüquqlarının təməllərinə zidd olan arxaik və qeyri-insani bir alət olsa da, Fransa hökumətində əyləşən siyasətçilər şəxsi mənafeyi, xüsusən də elektorat itirəcəyindən qorxaraq insan həyatına qoyublar. Heç kəs tunisli gəncin həm mənəvi, həm də maddi nələr itirdiyi ilə maraqlanmayıb. Hisslər şəxsi mənafeyin istəkləri arasında boğulub.

İllər keçsə də, edam mövzusu mənafe, yoxsa ədalət kimi şərh olunur. Hətta dəhşətli cinayət törətmiş bir cinayətkarı belə edam etmək üçün gilyotindən istifadə edilməsi, elan edilmiş humanizm dəyərləri ilə dövlət zorakılığının faktiki tətbiqi arasındakı faciəvi uçurumu göstərir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

18.02.2026 19:01
1697