Filippin sahillərində 5,8 maqnitudada zəlzələ baş verib

Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri təxminən 679 min insanın yaşadığı General Santos şəhərindən 241 km cənub-şərqdə, zəlzələ ocağı 34 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

13.06.2024 08:00
144