Faiq Ağayevə ağır itki üz verdi

Xalq artisti Faiq Ağayevə ağır itki üz verib.

Musavat.com xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib:

"15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı... Uzun sürən ağır həyat mücadiləsindən sonra apardı onu bu zəhrimar xəstəlik...

Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!"

22.08.2026 19:11
8510