Əvəz Zeynallının dəfn tarixi məlum oldu

“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı sabah dəfn olunacaq.

Bu barədə Musavat.com-a onun keçmiş vəkili Rəşad Vaqifoğlu məlumat verib.

R.Vaqifoğlu bildirib ki, hazırda jurnalistin vida mərasiminin harada keçiriləcəyi və hansı qəbiristanlıqda dəfn olunacağı məlum deyil.

Onun sözlərinə görə, Əvəz Zeynallının nəşi yuyulmaq üçün məscidə aparılır. Bundan sonra jurnalistin nəşi evinə gətiriləcək.

Qeyd edək ki, Əvəz Zeynallının xanımı Məlahət Zeynallı dəfn yerinin müəyyənləşdirilməsi ilə bağlı cavab gözlədiklərini bildirib.

Xatırladaq ki, Əvəz Zeynallı bu gün 56 yaşında vəfat edib. Jurnalist bir müddət idi ki, onkoloji xəstəliklə mübarizə aparırdı.

Şahanə Rəhimli
Musavat.com

28.09.2026 14:52
8401