Ermənistanın keçmiş ombudsmanı və baş nazirliyə namizəd Arman Tatoyan ABŞ dövlət katibi Marco Rubioya açıq məktub ünvanlayıb.
Musavat.com xəbər verir ki, Tatoyan məktubunda Zəngəzur dəhlizi layihəsinin reallaşması üçün Azərbaycana qarşı bir sıra şərtlər irəli sürüb.
O, Azərbaycan qoşunlarının guya “Ermənistanın işğal olunmuş ərazilərindən çıxarılması”nı tələb edib. Keçmiş ombudsman həmçinin Bakıda saxlanılan erməni cinayətkarların azad edilməsini də layihənin əsas şərtlərindən biri kimi göstərib.
Tatoyan məktubunda Nikol Paşinyanın bu məsələləri ABŞ ilə müzakirə etməyəcəyini iddia edib və buna görə mövqeyini birbaşa Vaşinqtona çatdırdığını bildirib.
Musavat.com