Ermənistan parlamentində ara qarışdı: “Sən özün ara və xəstəsən!”

Ermənistan Milli Assambleyasının iyunun 13-də keçirilən iclasında vəziyyət yenidən pisləşib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan Milli Assambleyanın sədri Alen Simonyanın ünvanına tənqidi fikirlər səsləndirib.

O, sonuncunu müxalifət deputatlarına qarşı qərəzli münasibətdə ittiham edib. Parlamentarinin sözlərinə görə, Simonyan faktiki olaraq onların Milli Assambleyaya girişini məhdudlaşdırıb, deputatlara bir neçə mövcud olanlardan yalnız birini təqdim edib.

Onlarla müqayisədə hakim “Mülki Müqavilə” partiyasından olan həmkarlarının imkanları və seçimləri məhdud deyil.

Parlament rəhbəri isə cavabında bunların hamısının yalan olduğunu, bununla bağlı heç kimə göstəriş vermədiyini bildirib. Lakin ona “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının sədri Seyran Ohanyan cavab verib. Sonuncu Simonyanın yanına gedib və vəziyyəti izah etməyə çalışıb.

Parlament sədri aqressivlik nümayiş etdirərək həmkarını dinləməyib. O, Ohanyanı yalan danışmaqda günahlandırıb və ondan aşağı enib yerini tutmasını tələb edib. “Sən yalan danışırsan. Rədd ol! Podiumdan enin! Sənin burada olmağa haqqın yoxdur. İndi sizə deyəcəm və bura ümumiyyətlə, icazə verilməyəcək. Aşağı düş. Get burdan”, - deyə Simonyan Ohanyana tərəf dönüb nifrətlə deyib.

Erməni mediası ardınca yazıb ki, bu davranışın qarşılığında müxalifət fraksiyasının rəhbəri təəccübünü gizlətməyərək, “Ara, bunlar çox xəstədir”-deyib.

Yaxınlıqda olan Simonyan bunu eşidib daha da əsəbiləşib. Ermənistan parlamenti sədrinin qəzəbinə Milli Assambleyanın vitse-spikeri Akop Arşakyan da dəstək verib.

Ohanyan gedəndən sonra Simonyan qışqırıb: “Sən özün arasan, özün də xəstəsən”.


Musavat.com

13.06.2024 12:41
1131