Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb

Bu gün səhər saatlarında Ermənistan ordusunun N hərbi hissəsinin hərbi qulluqçusu Vaqan Petrosyanın meyiti aşkar edilib.

Bu barədə “Armenpress” Ermənistanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, əsgərin bədənində güllə yarası olub.

Nazirlikdən bildirilib ki, hadisənin tam şəkildə araşdırılması üçün istintaq aparılır.**APA

14.01.2026 16:56
546