Ermənilər Sadaxlı kəndində tıxacda qalıb

Ermənistan-Gürcüstan sərhədindəki tıxac saatlardır davam edir.

Musavat.com-un məlumatına görə, tıxac səbəbindən sərhədi keçmək üçün saatlarla gözləmək lazım gəlir.

Beynəlxalq C-7 magistralında növbə Sadaxlı (azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndi - red.) kəndindən başlayır.

Tıxacın əsas səbəbi dekabrın 30-u və 31-də Yeni il tətili üçün Gürcüstana yola düşmüş vətəndaşların Ermənistana kütləvi şəkildə qayıtmasıdır.

Musavat.com

04.01.2026 15:28
890