Ərdoğan sabah ABŞ-yə GEDİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində iştirak edəcək.

Daha əvvəl ABŞ-nin Ankaradakı səfiri Tom Barrak Türkiyə lideri ilə ABŞ Prezidenti Donald Tramp arasında Nyu-Yorkda görüş keçiriləcəyini açıqlamışdı.//Report

19.09.2026 22:52
734