"Ər çörəyi yeyə bilmədim" - Aysun

 
"İki dəfə ailə qurdum, ər çörəyi yemək qismət olmadı".
 
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova deyib.
 
"Rəngarəng" verilişində qonaq olan Aysun kişi-qadın münasibətlərindən danışaraq fikirlərini belə izah edib:
 
"Hər bir qadının həyatında arxalanacağı, güvənəcəyi bəy olmalıdır. Söhbət sadəcə maddi dəstəkdən getmir. Məsələn, iki dəfə ailə qurdum, yenə də ər çörəyi yemək mənə qismət olmadı".
 
Könül
Musavat.com 
02.02.2026 18:50
796