Əməkdar artistin peşmanlığı: Manaf Ağayev də məni danladı

"Kaş toya çağırdığım halda gəlməyənlərin əvəzinə Manaf Ağayev kimi sənətkarı ora dəvət edərdim".

Bu sözləri Əməkdar artist İlkin Əhmədov "Rəngarəng səhər" verilişində deyib.

O, Manaf Ağayevə görə peşman olduğunu bildirib:

"Əslində, bu mövzularda danışmaq mənim üçün düzgün olmaz. Ətrafımda olan gözəl insanlar övladları üçün dəfələrlə xeyir işlər ediblər. İlk dəfə idi ki, övlad toyu edirdim, ona görə də başım şişmişdi. Çaşqınlıq içərisində qalmışdım. Çox insandan küsdüm. Çünki dəvət etmişdim, gəlmədilər. Manaf Ağayev də məni danladı ki, məni niyə çağırmamısan..."/bakıvaxtı.az

14.06.2024 14:25
9745