Eldar Mahmudovun sağ əli ÖLDÜ - SON DƏQİQƏ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib.

Musavat.com xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, general-mayor 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-nin rəisi Eldar Mahmudovun sağ əli kimi tanınıb. 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.


Mərhum bu gün torpağa tapşırılacaq.

 

01.06.2026 15:07
2162