Ekvador polisi iki tondan çox kokain ələ keçirib

Ekvadorun hüquq-mühafizə orqanları cinayətkarların İspaniyaya göndərməyi planlaşdırdıqları 2 tondan çox kokain müsadirə ediblər.

“Report”un məlumatına görə, bu barədə ölkə polisi X sosial şəbəkəsində məlumat yayıb.

Belə ki, El-Oro limanında ixrac üçün nəzərdə tutulan malların olduğu konteynerə baxış zamanı 2 tondan çox kokain aşkarlanıb. Faktla bağlı bir nəfər saxlanılıb.

24.06.2024 00:18
341