Əhali yastıq altındakı dollarları satır

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib.

Musavat.com Mərkəzi Banka istinadən xəbər verir ki, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir.

İlkin rəqəmlərə görə, 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib. Tənzimləyici bildirir ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusilə aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb və Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə cari ilin 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2 faiz artaraq 12.7 milyard ABŞ dollarına çatıb.

Musavat.com

06.05.2026 10:58
1713