Dünyada neft ehtiyatları təhlükəli səviyyəyə düşdü

Qlobal neft ehtiyatları "təhlükəli dərəcədə aşağı" səviyyəyə düşüb.

Musavat.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Saudi Aramco-nun baş direktoru Əmin Nasser Londonda keçirilən Enerji Kəşfiyyatı Forumunda deyib.

Onun sözlərinə görə, bu, Hörmüz boğazı maneəsiz gəmiçilik üçün yenidən açılmadığı təqdirdə neft bazarında vəziyyətin kəskin pisləşməsi riskini yaradır: "Hörmüz boğazı tam açılana və bazara inamı bərpa olunana qədər, acı reallıq budur ki, həm xam, həm də emal olunmuş məhsul bazarlarına təzyiq güclənəcək. Neft çatışmazlığı ciddi problem olsa da, emal olunmuş məhsulların qiymətləri daha da artıb."

Xəbər verildiyi kimi, ötən həftə G7 ölkələri qiymət artımlarının qarşısını almaq üçün strateji ehtiyatlardan 100 milyon barelə qədər neft və dizel yanacağını bazara buraxmaq qərarına gəliblər.

Bloomberg-in məlumatına görə, Nasser qeyd edib ki, ehtiyatların bazara çıxarılması bir müddət vaxt qazandıracaq, lakin tələb və təklif arasındakı balanssızlığı aradan qaldırmayacaq. O əlavə edib ki, Hörmüz boğazından gəmiçilik bərpa edildikdən sonra belə, ölkələrin ehtiyatlarını doldurması iki ilə qədər vaxt apara bilər.

Musavat.com

06.10.2026 08:00
526