2026-cı ilin yanvar-mart aylatında neft və qaz sazişlərinin həyata keçirilməsindən Dövlət Neft Fonduna 1 milyard 803,1 milyon manat daxil olub.
Musavat.com-un Fond məlumatlarına əsasən hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 faiz azalma deməkdir.
Gəlirin 1 milyard 802,7 milyon manatı mənfəət neftinin və qazın satışından, 400 min manatı isə bonus ödənişləri və tranzit haqqından daxil olub.
Birinci rübdə Fondun Azəri-Çıraq-Günəşli yatağından gəlirləri 1 milyard 400,5 milyona manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalma deməkdir(Ötən ilin birinci rübündə 2 milyard 1,6 milyon manat olmuşdu). Şahdəniz yatağından (qaz və kondensat) isə Fonda əvvəlki illə müqayisədə 2 dəfəyə yaxın çox - 359,6 milyon manat daxil olub(181,9 milyon manat).
Maraqlıdır ki, Fondun Şahdəniz-dən gəlirlərindəki artım dövlət büdcəsinin eyni mənbədən vergi gəlirinin kəskin azalması ilə müşayiət olunub. Belə ki, birinci rübdə bu yataqdan dövlət büdcəsinə mənfəət vergisi olaraq ötən ilkindən(572,9 milyon manat)253,4 milyon manat az - 319,5 milyon manat daxil olub.
Musavat.com