Donetskdə Rusiyanın NTV kanalının əməkdaşı ölüb: Ağır yaralananlar var

Rusiyanın NTV kanalının üç əməkdaşı Donetskdə yaralanıb.

Bu barədə şəhərin meri İvan Prixodko öz "Telegram" kanalında məlumat verib.

"Qolmovski kəndində (Qorlovkanın Nikitovski rayonu) peşə vəzifələrini yerinə yetirərkən, Aleksey İvliev və digər iki NTV əməkdaşı ağır yaralanıblar", - deyə o bildirib.

Aldığı yaralardan operator Valeri Kojin vəfat edib. İvliev və digər NTV əməkdaşının sonrakı vəziyyəti barədə məlumat verilmir.//Oxu.az

14.06.2024 01:27
459