DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bundan başqa, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

25.07.2026 15:35
1656