Dərbənddə antiterror əməliyyatının aktiv mərhələsi yekunlaşıb-itkilər


Dərbənddə antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb.

Musavat.com bildirir ki, bu barədə "RİA Novosti" Milli Antiterror Komitəsinə istinadən xəbər verir. “Dərbənd şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb”, - məlumatda deyilir.

Rusiya Federasiyasının Milli Antiterror Komitəsindən "RİA Novosti"yə verilən məlumata görə, bazar günü Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı hücumlar edilib.

Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb. Terror aktları nəticəsində, ilkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub.

Regional Daxili İşlər Nazirliyindən bildirilib ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.

Musavat.com

24.06.2024 10:40
1106