Delimitasiya planı dəyişir - Zəngəzur dəhlizi ilə bağlı İrəvandan mühüm addım

Ermənistan və Azərbaycan Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə dövlət sərhədinin ayrı-ayrı hissələrinin delimitasiyasını həyata keçirə bilər.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan bu gün parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi praktik olaraq ərazidə həyata keçirilməyə başlayanda belə bir ehtimal yarana bilər.

“Dəmir yolunun keçəcəyi və ya neft və qaz kəmərlərinin çəkiləcəyi sahələrdə qismən delimitasiya mümkündür. Yəni ayrı-ayrı lokal hissələr üzrə delimitasiyanın məntiqində dəyişiklik ola bilər. Lakin ümumi yanaşma bundan ibarətdir ki, delimitasiya şimaldan cənuba doğru aparılmalıdır”, – deyə Xandanyan bildirib.

Musavat.com

09.09.2026 21:00
1467