Delimitasiya çərçivəsində Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq

Ermənistanın Tavuş vilayətində Kirants (Güney) - Açarkut yolunda partlayış işləri aparılacaq.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Yol idarəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 24-də saat 14:00-da yol tikintisi işləri ilə əlaqədar Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq.

Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində kəndin girişindəki yol körpüsü Azərbaycana verildikdən sonra Açarkutdan keçən yol Kirants kəndinə gediş-gəliş üçün alternativ marşruta çevriləcək.

24.06.2024 12:46
606