“Danimarkanın Baltik boğazlarını bağlamaq hüququ yoxdur” - media

Baltik dənizində gəmiçiliyi məhdudlaşdırmağı düşünən Danimarka hakimiyyətinin belə bir addım atmağa qanuni haqqı yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə İsveçrənin “Tages-Anzeiger” qəzetinin materialında deyilir.

Nəşr qeyd edir ki, ilk növbədə müzakirə olunan Baltik boğazları beynəlxalq sulara aiddir və bütün dövlətlər tərəfindən bərabər şəkildə istifadə olunur. Danimarkanın bu ərazidən neft tankerlərinin keçməsinə birtərəfli qaydada qadağa qoymaq imkanı yoxdur.

İyunun 17-də Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen “Reuters” agentliyinə bildirib ki, krallıq Baltik dənizində Rusiya neftini daşıdığı iddia edilən tankerlərin hərəkətini məhdudlaşdırmağı nəzərdən keçirir. Onun sözlərinə görə, Danimarka bu məsələni Baltik dənizi regionunun digər ölkələri, eləcə də Avropa İttifaqının üzvləri ilə müzakirə edir. Rasmussen konkret hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb.

Musavat.com

23.06.2024 18:26
404