Danimarka Ukrayna və Moldova ilə bağlı QƏRAR VERDİ - 2030-cu ilə qədər...

Danimarka Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü sürətləndirmək üçün 150 milyon Danimarka kronu (20,1 milyon avro) ayırıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında bildirilib.

Qeyd olunub ki, 2030-cu ilə qədər vəsait ayrılacaq və ölkələrə lazımi inzibati strukturların və qanunvericiliyin yaradılmasına kömək ediləcək.

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Aİ-nin genişlənməsinin Avropanın sabitliyi və təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.

Musavat.com

25.06.2024 14:58
673