Dağıstanlı terrorçulardan biri Həbib Nurməhəmmədovun klubunun üzvü olub

Dağıstanda məhv edilən yaraqlılardan biri Abdulmanap Nurməhəmmədovun məktəbinin məzunu MMA döyüşçüsü Hacımurad Kagirov ola bilər.

Musavat.com xəbər verir ki, bu məlumatı “Mash” Telegram kanalı paylaşıb.

Bildirilir ki, Dağıstanın adı açıqlanmayan ictimai səhifələrində Dağıstanda məhv edilən yaraqlının fotosu yayılıb. 2021-ci ildə turnir zamanı o, Həbib Nurməhəmmədovun “Eagles” MMA klubunu təmsil edib və bütün dövr ərzində iki döyüş keçirib, hər ikisində qələbə qazanıb.

“Mash” onu da yazır ki, Kagirov Mahaçqalanın keçmiş meri Musa Musayevin əmisi oğludur və məşqarası fasilələrdə onun mühafizəçi-sürücüsü işləyib. 2018-ci ildə Musayev torpaq sahələri ilə bağlı maxinasiyalr etdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

24.06.2024 13:15
685