Dağıstanda məhv edilən terrorçuların SAYI AÇIQLANDI

"Dağıstanda keçirilən antiterror əməliyyatı zamanı 6 yaraqlı məhv edilib".

Bu barədə respublika başçısı Sergey Melikov bildirib.

O , Mahaçqala və Dərbənddə əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsinin başa çatdığına aydınlıq gətirib.

"RİA Novosti" mənbəsi bundan əvvəl altı yaraqlının - dördünün Mahaçqalada, ikisinin isə Dərbənddə məhv edildiyini bildirmişdi.

Öz növbəsində, Rusiya Milli Antiterror Komitəsi beş terrorçunun - Mahaçqalada üç, Dərbənddə iki terrorçunun zərərsizləşdirildiyini bəyan edib.//publika.az

24.06.2024 08:37
2657