Dekabr ayında Tokioda keçirilməsi planlaşdırılan Yaponiya, Çin və Cənubi Koreya arasında üçtərəfli sammit Tokio və Pekin arasında gərginliyin artması səbəbindən təxirə salınacaq.
Musavat.com xəbər verir ki, məlumatı Nikkei qəzeti yayıb.
Bu formatda üçtərəfli sammitlər 1999-cu ildən bəri doqquz dəfə keçirilib. Qəzet qeyd edir ki, tərəflər sammitdən Koreya yarımadasında iqtisadi əməkdaşlıq və sabitləşmə məsələlərini müzakirə etmək üçün istifadə ediblər, Yaponiya hakimiyyəti üçün isə bu, ABŞ müttəfiqləri Tokio ilə Seul və Şimali Koreyanı dəstəkləyən Pekin arasında dialoq üçün vacib platforma olub.
Zirvə görüşü sonuncu dəfə 2024-cü ildə Seulda keçirilib və orada o vaxtkı Yaponiya və Cənubi Koreyanın baş nazirləri Fumio Kişida və Yun Seok-Yul, eləcə də Çinin baş naziri Li Qianq iştirak edib. Növbəti görüşün dekabr ayında Tokioda keçirilməsi planlaşdırılırdı, lakin Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı Pekinin kəskin tənqidinə səbəb olan açıqlamalarından sonra vəziyyət dəyişib. Nikkei-nin məlumatına görə, 24 noyabrda Çin Xarici İşlər Nazirliyi sammitin tarixi ilə bağlı heç bir razılaşma əldə olunmadığını açıqlayıb.
Musavat.com