Çin Tayvana hücum etsə Pentaqon nahiyəni cəhənnəmə çevirəcək

“Çin Tayvanı işğal etməyə çalışarsa, çox sayda ölümsaçan dronlarla qarşılaşacaq. Hücum edənlər bir ay boyunca ağlar günə qalacaqlar”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu hədəni ABŞ-ın Hind-Sakit okean komandanlığının rəhbəri admiral Samuel Paparo səsləndirib.

Admiralın sözlərinə görə, bu, Amerikaya vaxt udmağa və digər qüvvələri - ilk növbədə yerüstü, sualtı və hava dronlarını yetişdirməyə imkan verəcək.

İlk dəfədir ki, belə yüksək rütbəli hərbi lider ABŞ-nin Çin dövlətinin Tayvanı materiklə birləşdirmək cəhdinə necə cavab verəcəyini açıqlayır. Ancaq o, Çinə hücumun mümkünlüyünü qeyd etməyib.

Jurnalistlər dəfələrlə ABŞ prezidenti Cozef Baydenə çinlilərin Tayvan üzərində nəzarəti bərpa etmək üçün hərbi əməliyyat keçirəcəyi təqdirdə ABŞ-nin nə edəcəyini soruşublar. Ağ Evin sahibi gah döyüşəcəklərini deyib, gah da belə bir niyyətinin olduğunu inkar edib. Media bu vaxta qədər Vaşinqtonun siyasətini qeyri-müəyyənlik strategiyası adlandırırdı.

İndi isə admiral Paparo kartlarını masanın üstünə qoyub. “South China Morning Post”un xəbərinə görə, göründüyü kimi, ABŞ Çin hərbi birləşmələrinin Tayvan boğazını keçməyə başladığını qeydə alan zaman onları hədəfə almağa başlayacaq.

Musavat.com

12.06.2024 15:41
454