Çin qaz idxalını kəskin azaldıb

Dünyanın ən böyük təbii qaz idxalçısı olan Çin 2026-cı ilin mart ayında (boru kəmərləri və LNG vasitəsilə) ümumilikdə 10,947 milyard kubmetr təbii qaz alıb.

Musavat.com xəbər verir ki, məlumatı Çinin Baş Gömrük İdarəsi açıqlayıb. İdarənin məlumatına görə, bu göstərici bir il əvvəlki 12,57 milyard kubmetrdən 13 faiz azdır.

İlin əvvəlində Avropada soyuq hava qlobal LNG bazarında əsas amil olub. Avropalı alıcılar əlavə LNG yükləri üçün rəqabətdə Asiya qiymətlərindən xeyli yüksək qiymətlər təklif ediblər. İran münaqişəsi qlobal bazarı neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əhəmiyyətli bir hissəsindən məhrum edərək qiymətləri artırıb. Nəticədə Çin qaz idxalını azaltmağa məcbur olub.

Lakin zunmüddətli müqavilələrin sayəsində Çinin mart ayında idxal etdiyi qazın orta qiyməti min kubmetr üçün cəmi 329 dollar təşkil edib. Halbuki o dövrdə spot bazar qiyməti iki dəfə yüksək idi.

Çin boru kəməri vasitəsilə beş ölkədən - Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Myanmadan qaz alır.

Musavat.com

09.05.2026 09:02
566