Çin Pakistanın vasitəçilik səylərinə dəstək verəcək

Çin hakimiyyəti İran və ABŞ arasında silahlı münaqişənin həlli üçün Pakistanın vasitəçilik səylərini dəstəkləyəcək.

Musavat.com xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi Nyu-Yorkda pakistanlı həmkarı İshaq Dar ilə görüşdükdən sonra deyib.

Onun sözləri Çin Xarici İşlər Nazirliyinin veb saytında açıqlanıb: "Pakistan ABŞ və İran arasında danışıqlarda aktiv vasitəçilik rolunu oynayır, etibarlı və səlahiyyətli vasitəçi kimi çıxış edir. Çin Pakistanın sülh səylərini dəstəkləməyə davam edəcək, hər iki tərəfi dialoqa və danışıqlara riayət etməyə, hərtərəfli atəşkəsi təşviq etməyə çağırır və Fars körfəzi bölgəsində və Yaxın Şərqdə sülhün və sabitliyin tezliklə bərpasına kömək edəcək".

İshaq Dar İslamabadın vasitəçilik səylərini dəstəklədiyinə görə Pekinə təşəkkür edib. O, Yaxın Şərqdə sabitliyin bərpası üçün Pakistan-Çin təşəbbüsünün geniş dəstək aldığını və Pakistanın İranla ABŞ arasındakı münaqişənin həllində konstruktiv rol oynamağa davam edəcəyini bir daha təsdiqlədiyini qeyd edib.

Musavat.com

29.05.2026 10:10
334