ChatGPT-də genişmiqyaslı nasazlıq: Minlərlə istifadəçi problem bildirir

Musavat.com xəbər verir ki, bu gecə ChatGPT-də ciddi texniki çətinliklər yaşanıb. 2600-dən çox istifadəçi xidmətdə nasazlıq barədə şikayət edib.

Problemlər təkcə istifadəçilərin girişində deyil, OpenAI-nin daxili sistemlərində də qeydə alınır.

Eyni vaxtda rəqib platforma Google Gemini də oxşar çətinliklərlə üzləşib. Bu isə məsələnin lokal deyil, qlobal miqyaslı texniki problem ola biləcəyi ehtimalını gücləndirir.

Şirkətlərdən hələlik rəsmi açıqlama verilməyib. OpenAI mühəndislərinin problemi aradan qaldırmaq üçün çalışdığı bildirilir, lakin bərpa üçün dəqiq vaxt açıqlanmayıb. 

 

Musavat.com

03.12.2025 00:41
690