Cavid Əkbərovun çürümüş meyiti tapıldı

Cəlilabad rayonunda keçmiş diş poliklinikasının binasıda meyit tapılıb.

Hadisə noyabrın 19-da baş verib. Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən fəaliyyət göstərməyən diş poliklinikasının 2-ci mərtəbəsində şəhər sakini 1976-cı il təvəllüdlü Cavid Səftər oğlu Əkbərovun üzərində zorakılıq əlamətləri görünməyən çürüməyə məruz qalmış meyiti tapılıb.

Araşdırma aparılır./Ajans.az

20.11.2025 14:16
1170