"Buna görə ana ola bilmirəm"

Aktrisa Pərvin Abıyeva ana olmaq arzusundan danışıb.

Musavat.com xəbər verir ki, sənətçi bu haqda "Mədəni şou"da danışıb.

Pərvin səhhətinə görə ana ola bilmədiyini açıqlayıb:

"Bu sualla tez-tez rastlaşıram. Bu haqda danışmağı ar bilirəm. Pisimə gəlir. Amma görürəm ki, son qoymalıyam. Ailə qurmaq, ana olmaq istəyirəm. Amma ana olmaq üçün sağlamlığım müsait deyil".

Könül
Musavat.com 

25.11.2025 02:09
1683