Bu tarixdə gözlər səmaya dikiləcək – Elə bir HADİSƏ baş verəcək ki...

Perseid meteor yağışı avqustun 13-dən 14-nə keçən gecə ən yüksək həddinə çatacaq.

Musavat.com xəbər verir ki, həmin gecə səmanı saatda 100-ə yaxın meteor bəzəyəcək.

Atmosferə saniyədə təxminən 60 kilometr sürətlə daxil olan bu göy cisimləri parlaq izlər buraxacaq və bəzən “od topları” formasında görünəcək.

Bu il Perseid meteor yağışı iyulun 17-də başlayıb və avqustun 24-nə qədər davam edəcək.

Bu möhtəşəm səma hadisəsini izləmək istəyən çoxsaylı həvəskarlar şəhər işıqlarından uzaq ərazilərdə müşahidə və fotoçəkiliş proqramları hazırlayırlar.

Musavat.com

01.08.2026 13:00
4227