Bu il ABŞ-ın təbii qaz ixracında yeni rekord qırılacaq - Nazir

ABŞ bu il təbii qaz ixrac rekordunu yenidən qırmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bunu ABŞ enerji naziri Kris Rayt CNBC-yə deyib: "Biz Amerikanın təbii qaz ixracını artırmağa davam edirik. Bu il onlar rekordu yenidən qıracaqlar. Keçən il də rekord idi".

Nazirin sözlərinə görə, ABŞ gündə təxminən 566 milyon kubmetr təbii qaz ixrac edir. Onun sözlərinə görə, ABŞ 2027-ci ilin sonuna qədər təbii qaz ixracını 15-20 milyon ton artırmağı planlaşdırır: "ABŞ gələn ilin sonuna qədər təbii qaz ixracını 15-20 milyon ton artıracaq".

Bloomberg-in məlumatına görə, 2025-ci ildə ABŞ istehsalçıları təxminən 110 milyon ton mayeləşdirilmiş təbii qaz ixrac ediblər.

Musavat.com

 

16.05.2026 09:40
557