Bu gün Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçiriləcək

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" müxalifət hərəkatı iyunun 13-də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirəcəyini elan edib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, dünən müxalifətin çadır qurduğu və müddətsiz aksiya keçirdiyi parlament binasında xüsusi vasitələrdən istifadə edən polislə toqquşması baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət almış 79 vətəndaş yardım üçün müraciət edib. DİN-in mətbuat xidməti 98 nəfərin saxlanıldığını bildirib.

13.06.2024 03:51
355