“Börnem Britaniyanın son baş naziri olacaq”- Krallığın süqut anonsu

Şotlandiya suveren qalmaq qərarına gələrsə, Böyük Britaniyanın baş naziri Endi Börnem bu vəzifəni tutan sonuncu şəxs ola bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Şotlandiyanın birinci naziri Con Svinni bildirib.

"Düşünürəm ki, o, Birləşmiş Krallığın son baş naziri olacaq, çünki Şotlandiya xalqına müstəqillik referendumunda seçim imkanı verilərsə, bu seçimi edəcək", - Svinni vurğulayıb.

Siyasətçinin sözlərinə görə, rəy sorğusu tendensiyaları ilə bağlı mövcud olan bütün məlumatlar Şotlandiya xalqının müstəqilliyə üstünlük verdiyini göstərir.

Daha əvvəl Şotlandiya, Şimali İrlandiya və Uelsin birinci nazirləri Con Svinni, Mişel O'Nil və Run ap İorvert millətlərin öz müqəddəratını təyin etmək hüququnu təsdiqləyən anlaşma memorandumu imzalayıblar.

Bundan əvvəlki referendumlarda isə həm şotlandlar, həm irlandlar, həm də uelslilər Böyük Britaniyanın tərkibində qalmağa səs verirdilər.

Musavat.com

14.09.2026 21:02
964