"Bölgədə terror yayanlar mühakimə olunmalıdır" — Türkiyə lideri

Ərdoğan: "Qəzzada 74 min insanın ölümünə bais olanlar qanun qarşısında cavab verməlidir"

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəşəriyyətə qarşı cinayətlər törədən və Qəzzanın 74 min sakininin ölümünə səbəb olanlar qanun qarşısında cavab verməyənədək Ankaranın öz mövqeyindən geri çəkilməyəcəyini bəyan edib.

"Bəşəriyyətə qarşı cinayət törədənlər, Qəzzadan olan 74 min qardaş və bacımızın qanını tökənlər, Livandan Suriyaya qədər bütün bölgədə terror yayanlar qanun qarşısına çıxarılmayanadək mövqeyimizdən heç vaxt geri addım atmayacağıq", — deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Türkiyə bundan sonra da "cəsarətlə həqiqəti söyləməyə" davam edəcək.

Musavat.com

 

28.09.2026 22:22
685