BMT Baş katibi Maduroya zəng vurdu

BMT-nin Baş katibi Antonio Quterreş Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.

Musavat.com Baş katib ofisinin açıqlamasına istinadən xəbər verir ki, danışıq zamanı regionda artan gərginlik müzakirə edilib: "Baş katib Venesuela Respublikasının Prezidenti Nikolas Maduro ilə regiondakı mövcud gərginliklə bağlı telefon danışığı aparıb. Söhbət zamanı Baş katib BMT-nin üzv dövlətlərin beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinə hörmət etməsinin, təmkin göstərməsinin və regional sabitliyi qorumaq üçün gərginliyi azaltmasının vacibliyi ilə bağlı mövqeyini bir daha vurğulayıb".

 

Musavat.com

18.12.2025 00:18
489