Türkiyənin Mersin şəhərində bıçaqlı hücuma məruz qalan şəxs yaralandığını xeyli sonra fərq edib.
Musavat.com “Sondakika.com”a istinadən xəbər verir ki, hadisə Bozyazı rayonunda motosikletlə yaxınlaşan şübhəlinin əvvəllər mübahisə etdiyi şəxsə hücum etməsi ilə baş verib.
Hadisə Mərkəz məhəlləsi, Kayatürk küçəsində qeydə alınıb.
İddiaya görə, 23 yaşlı E.K. motosikletlə yaxınlaşdığı 55 yaşlı N.T.-yə qəfil bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb. N.T. ilk anda nə baş verdiyini anlamayıb və heç bir şey olmamış kimi yoluna davam edib. Lakin qısa müddət sonra qolundan qan gəldiyini görən zərərçəkmiş yaralandığını başa düşüb.
Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralını xəstəxanaya çatdırıb. Həkimlərin müdaxiləsindən sonra N.T.-nin vəziyyətinin stabil olduğu bildirilir.
Bozyazı Rayon Polis İdarəsinin əməkdaşları təhlükəsizlik kameralarına düşən görüntüləri araşdıraraq şübhəli E.K.-nı saxlayıblar. Gözaltına alınan şəxs törətdiyi əməli etiraf edərək hadisə zamanı istifadə etdiyi bıçağı polisə təhvil verib.
Məhkəmənin qərarı ilə şübhəli şəxs barəsində qətimkan tədbiri seçilib.
Musavat.com