Beren Saat serialları tənqid etdi: “Qadınlar da bir-birini vuracaq?”

Türkiyənin məşhur aktrisası Beren Saat seriallarda nümayiş etdirilən zorakılıq səhnələrini sərt tənqid edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa son dövrlərdə ekran işlərində zorakılıq səhnələrinin həddindən artıq artdığını bildirib.

Beren Saat xüsusilə qadınlar arasında fiziki zorakılığın göstərilməsinə etiraz edərək, “Qadınların qadınlara qarşı fiziki zorakılıq səhnələri tarixi səviyyəyə çatıb. Bundan sonra daha hara gedəcək? Seriallarda qadınlar da bir-birini vuracaq?” sözlərini deyib.

Aktrisanın bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun fikirlərini dəstəkləyərək televiziya məkanında zorakılığın təbliğinin azaldılmasının vacibliyini vurğulayıb.

Könül
Musavat.com 

25.05.2026 12:00
334