Belarus nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan edib

“Rusiya Federasiyası ilə qeyri-strateji nüvə qüvvələri ilə birgə təlimlər göstərdi ki, Belarus ordusu xüsusi nüvə silahından istifadə etməyə hazırdır”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Belarus ordusunun baş qərargah rəisi, general-mayor Pavel Muraveyko bildirib. ,

Baş qərargah rəisi həmçinin qeyd edib ki, “belə təlimlər bizim hazırlığımızı və potensialımızı artırmaq yollarından biridir”. O, bildirib ki, təlimlər çərçivəsində “İsgəndər” operativ-taktiki raket kompleksləri təyin olunmuş mövqe rayonlarına keçib, xüsusi döyüş sursatı əldə edib, onları döyüş bölmələri ilə birləşdirib və təyin olunmuş hədəflərdə döyüş növbəsi alıb.

Daha əvvəl respublikanın müdafiə naziri Viktor Xrenin izah etmişdi ki, Belarusun Rusiya ilə birgə nüvə təlimlərində iştirakı digər ölkələri təhdid etmir. “Biz üçüncü ölkələrə və ya heç kimə müvafiq hərbi təhdidlər proqnozlaşdırmırıq”, - o deyib.

Rusiya Müdafiə Nazirliyi, öz növbəsində, təlimlərin ikinci mərhələsi çərçivəsində iştirakçıların taktiki nüvə silahından döyüş istifadəsini təcrübədən keçirmək niyyətində olduqlarını bildirib. Onun keçirilməsinə səbəb kimi Kremlin sözçüsü Dmitri Peskov hər gün Qərb ölkələrinin yeni qərar və hərəkətlərlə Rusiyanı təhrik etdiklərini, Rusiyaya qarşı düşmənçilik apardıqlarını bilirib.

Musavat.com

 

12.06.2024 16:47
419