Bakıda avtomobil piyadanı vurub.
Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Zibil tullantılarını yığan yük maşını 84 yaşlı Alman Davudoviç Məmmədovu vurub. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır./lent.az