Bakıda neft quyusunda yanğın - FOTO

Bakıda neft quyusu yaxınlığında yanğın olub.

Musavat.com xəbər verir ki, bununla bağlı FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda 1 ədəd elektrik lövhəsi və 1 paq.m kabel yanıb. Yaxınlıqdakı neft quyusu yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

11.12.2025 11:05
687