Bakıda dəhşətli PARTLAYIŞ - YARALILAR VAR

Xəbər verildiyi kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 09.12.2025-ci il tarixində saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Şahanə Rəhimli
Musavat.com

09.12.2025 12:05
2051