Bakıda ana oğlunu öldürüb özünü binadan atdı

Binəqədi rayonundakı Əcəmi Naxçıvani küçəsində dəhşətli cinayət olub.

Musavat.com Unikal-a istinadla xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib.

Daha sonra o, yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə atıb. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

28.09.2026 14:59
1658